Səttar Bəhlulzadənin nümayiş olunmamış əsərləri sərgilənəcək

Səttar Bəhlulzadənin nümayiş olunmamış əsərləri sərgilənəcək
200 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 16-da Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı münasibətilə Xalq rəssamı Səttar Bəhlulzadənin “Cizgi təranəsi” adlı sərgisi açılacaq.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, rəssamın 110 ilik yubileyi ərəfəsində açılacaq sərgidə sənətkarın heç vaxt nümayiş olunmamış şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq. Sərgidə fırça ustasının 130-dan çox nadir əsərindən ibarət ekspozisiya nümayiş ediləcək.