Müğənni Nadir Qafarzadə ilə aparıcı Zümrüd Bədəlova arasında çəkiliş zamanı qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, aparıcının "Boynuna al ki, qocalmısan" sözləri ifaçını əsəbiləşdirib. Sənətçi dodağında gel olmasını qəbul etməyib:

"Qırışlara qarşı gel vurdurmuşam. Burnumu da kəsdirmişəm. Üzümü dartdırmamışam. Gələcək də lazım gəlsə, etdirəcəm. Sağlam qidalanıram. Maqazin toyuğu, fast-food yemirəm. Qazlı sular içmirəm. Qara yox, otlardan ibarət çay içirəm. Özün qocalmısan. Özündən xəbərin var, güzgüyə baxmısan? Əlimdən xəta çıxacaq. Qocalmamışam... Məni bir də efirə çağırma".

Qafarzadə bir dostuna verdiyi borc pulun da məbləğini açıqlayıb:

"Mənə 220 min manat borc alıb. Onun 70 minini qaytardı, 150 mini hələ də qalıb. O pulla övladıma ev almaq istəyirəm. Buradan Elçinə demək istəyirəm ki, vaxtında sənə əl tutdum. İndi sən qaytar".


                 

Digər Xəbərlər