"Elçin bəy, məni nə yerinə qoydunuz?" - Flora Kərimova

"Elçin bəy, məni nə yerinə qoydunuz?" -  Flora Kərimova
2969 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranan narazıçılığa münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində müğənni dramaturqun ona arxa çevirdiyini deyərək, etirazını bildirib. E.Əfəndiyev isə Kərimovanın onu yanlış başa düşdüyünü söyləyib. Amma bu cavab Floranı qane etməyib. İfaçı İnstaqram səhifəsində məsələ ilə bağlı bunları yazıb:

“Münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz!? Xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil.

Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz... Heç vaxt müxalifətçi olmamışam. Müxalif olmuşam... Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır... İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildiniz ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlını itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram...".