Vasif ailəsi ilə efirə çıxan müğənniləri qınadı

Vasif ailəsi ilə efirə çıxan müğənniləri qınadı
2506 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli ailəsi ilə efirə çıxan məşhurları qınayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Səhər-səhər" verilişində bildirib ki, gənc həmkarlarının efirdə ailəsini göstərməsini xoşlamır:

"Gənc müğənninin ailəsi ilə efirə çıxması düzgün deyil. Arif Babayev ailəsi ilə efirə gedirsə, verilişə çəkilirsə, bu yaxşıdır. Amma gənclərimiz gəlir ailələri ilə verilişlərə. Mənim ailəm gəncdir. Ona görə də efirə onlarla çıxmıram. Buna yaxşı baxmıram".