Meqanın köməkçisi saraydan qovuldu

Meqanın köməkçisi saraydan qovuldu
2126 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayda baş tutan toydan sonra Emi Pikerill şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın köməkçisi təyin edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günlərdə isə köməkçinin gözlənilmədən işdən qovulduğu açıqlanıb.

"Meqanın şəxsi köməkçisi işini dəyişmək qərarına gəlib. Amerikalı aktrisanın toyundan 6 ay sonra belə addım atması hər kəsi şok edib. Niyə o, belə bir prestijli işdən uzaqlaşmaq qərarına gəlib" deyə, mənbə açıqlamasında bildirib.

Kensinqton sarayının mətbuat katibi məsələyə münasibət bildirməkdən imtina edib. "O, çox istedadlı işçi idi. Kral sarayındakı toyun təşkilində fəal iştirak edirdi. Düzdür, bir çox çətinliklərlə rastlaşıb" deyə, o, açıqlama verib.