Monika Belluççi yeni sevgilisindən danışdı

Monika Belluççi yeni sevgilisindən danışdı
1496 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur italyan aktrisa Monika Belluççi ilk dəfə yeni sevgisindən danışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa uzun müddətdir həyatında biri olduğunu deyib:

"Bir müddətdir həyatımda kişi var. Bilmirəm necə biridir. Bizim dünyamızdan kənardır, başqa sahədə işləyir. İşi ilə əlaqədar çox səyahət edir, mən də onunla gedirəm. Onun həyat ritmi məni başa düşməsinə imkan yaradır. Adını çəkmək istəmirəm. Çox xoşbəxtəm və seçimimdən razıyam".