Adriana Lima göz yaşı içində "Victoria's Secret"lə vidalaşdı

Adriana Lima göz yaşı içində "Victoria
2261 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur model Adriana Lima sonuncu dəfə "Victoria's Secret Fashion Show"ya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən ildən Limanın mələk qanadları ilə vidalaşacağı deyilirdi. Model isə bu haqda ilk dəfə ötən gün baş tutan möhtəşəm şouda açıqlama verib.

"Təşəkkür edirəm, mənə dünyanı göstərdiniz. Öz sirlərini bölüşdünüz və mənə təkcə qanad vermədiniz, həm də uçmağı öyrətdiniz" deyə, Lima bildirib. Sonuncu dəfə mələk obrazını podiumda nümayiş etdirən model iki obrazda görünüb.

18 ildir "Victoria's Secret"lə çalışan Lima podiumda göz yaşı içində vidalaşdı.

Qeyd edək ki, Adriana ilk dəfə "Victoria's SecretÜin dəfiləsinə 1999-cu ildə çıxıb.