Kaliforniya paparassisi model Eşli Qremi çəkiliş meydançasında görüntüləyib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Malibuda aparılan çəkilişdə Eşli çimərlik geyimlərini reklam edib. Böyük bədən ölçüsü ilə hər zaman diqqət mərkəzində olan 31 yaşlı Qrem 4 dəfə çimərlik geyimini dəyişib.
Model paparassiləri görüb gülümsəməyə başlayıb. Eşli eyni zamanda bu yaxınlarda alt geyimlərinin reklamı üçün obyektiv qarşısına keçəcəyini bildirib.