Əbülfəs Qarayev əməkdar artisti mükafatlandırdı

Əbülfəs Qarayev əməkdar artisti mükafatlandırdı
1235 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, əməkdar artist Aybəniz Bağırovanın 60 yaşı tamam olub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, bu münasibətlə mədəniyyət naziri Əbülfəs Qarayev Aybəniz Bağırovanı təbrik edib və onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, eləcə də anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.

A.Bağırova 4 oktyabr 1958-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya Aktyoru” fakültəsini bitirib.

1986-1997-ci illər ərzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərən Bağırova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir.

O, mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2016-cı ildə isə “Əməkdar artist” fəxri adına layiq görülüb.