Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Lakin elə insanlar var ki, onlar balqabaq yeməyi sevmirlər. Həmin insanlar onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsələr, ondan yan keçməyəcəklər.

Axşam.az xarici mediaya istinadən balqabaq tumunun faydalarını təqdim edir:

1. Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını ödəyir, yaddaşı gücləndirir. Omeqa-3 və Omeqa-6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Zehni inkişafa müsbət təsir edir.

2.Tərkibində fosfor var. Fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını yaxşılaşdırır.

3. Balqabaq tumunda olan E vitamini yaşlanmanı gecikdirir, dərinin elastikliyini bərpa edir.

4. İltihablara yaxşı təsir edir.

5. Qəbizlik problemini aradan qaldırır.

6. Mədə və ürək bulantısını götürür.

7. Bağırsaq qurdlarını tökməyə kömək edir.

8. Balqabaq tumundakı karotenoid və Omeqa-3 yağları prostat xərçəngi riskinin azalmasına kömək edir.

9. Oynaqların iltihabının müalicəsində müsbət təsir göstərir.

10. Ürək-damar sağlamlığına yaxşı təsir edir.



                 

Digər Xəbərlər