YUĞ teatrının noyabr repertuarı

YUĞ teatrının noyabr repertuarı
296 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət YUĞ Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlib.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov Axşam.az-a bildirib ki, sənət ocağının səhnəsində noyabrın 10-da “Məhşər günü”, 11-də yeni tamaşa olan “Müəmmalı bir qətlin üç versiyası”, 17-də isə “Sonuncu” tamaşaları izləniləcək.

Bundan başqa, noyabrın 18-də “Fəna”, 24-də “Qəbir qazma üsulu”, 25-də “Təklif” tamaşaları təqdim olunacaq.

Tamaşalar müvafiq olaraq saat 19.00-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş ediləcək.