Gələn il mayın 14-18-dək Təl-Əvivdə (İsrail) keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinin devizi təqdim edilib.

Axşam.az-ın məlumatına görə, müsabiqənin devizi “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) seçilib.

Qeyd edək ki, İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.
 
“Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirak edəcəyi sentyabrın 18-də elan olunub.



                 

Digər Xəbərlər