Xanımları gözəlləşdirəcək məsləhətlər

Xanımları gözəlləşdirəcək məsləhətlər
2057 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınların bədəninda yaş ötdükcə müxtəlif dəri problemləri yaranır.

Axşam.az xarici KİV-ə istinadən yaranan xoşagəlməz halları tez bir zamanda aradan qaldırmaq üçün məsləhətlər təqdim edir:

Göz altındakı sallantılar

Bunun qarşısını almaq üçün paket halında olan çobanyastığı çayından istifadə edin. Onu əvvəlcə suya, daha sonra isə soyuducuya qoyun. Bir az buz olduqdan sonra gözlərinizin altına qoyun, 20 dəqiqə saxlayın.

Soyuducuda saxlanılar xiyar dilimlərini göz altınıza qoyun və 15 dəqiqə saxlayın.

Üz dərisini təmizləyən maska

1 yumurtanın sarısını ağından ayırın. Yumurta ağını qarışdırın. Fırçanı yumurta ağına batırın və üzünüzə sürtün. Kağız salfeti üzünüzə sərin. Yumurta ağından bir qat da çəkin və qurumasını gözləyin. 20-30 dəqiqədən sonra salfetin bərkidiyini görəcəksiniz. Salfeti üzünüzdən soyub götürün. Yumurta sarısını 1 xörək qaşığı hind qozu yağı ilə qarışdırın. Üzünüzdə qalan yumurta ağını ilıq su ilə yuyun və fırça ilə sarısını sürtün. 10 dəqiqə saxladıqdan sonra ilıq su və sabunla yuyun. Bu üsulu həftədə iki dəfə təkrarlayın.