Qara nöqtələr və sızanaqlardan azad olun

Qara nöqtələr və sızanaqlardan azad olun
2068 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çoxları üz dərisindəki sızanaqlardan və qara nöqtələrdən əziyyət çəkir.

Axşam.az ev şəraitində hazırlaya biləcəyiniz və sizi dəri problemlərindən xilas edəcək maskalar təqdim edir:

Sızanaqlar üçün krem:

4 armudu stəkan gül suyu

2 ədəd alma

2 xörək qaşığı razyana

2 xörək qaşığı doğranmış cəfəri

2,5 xörək qaşığı arpa unu

3 yumurtanın ağı

“Lanolin” 1 çay qaşığı

Hazırlanması:

Qabda su qaynadın, üzərinə bir qab qoyun. İçərisinə gül suyu, alma, razyana, kərəviz və arpa ununu töküb qarışdırın. Buxar üstündə qaynayan qarışıq qatı hala gələndə üzərinə yumurtanı, lanolini tökün. Krem halına gələnə qədər qarışdırın. Kremi soyuducuda saxlayın. Üzünüzdə sızanaqlar olanda istifadə edin.

Portağallı maska

1 ədəd portağal

1 çay qaşığı qabartma tozu

Hazırlanması:

Portağalın qabıqlarını əvvəlcə sürtgəcdən keçirin, sonra krem halına gələnə qədər əzin. Üzərinə qabartma tozu töküb, sızanaq olan hissəyə sürtün. 30 dəqiqə saxladıqdan sonra yuyun.

Qara nöqtələr üçün maska

1 ədəd heyvanın tumu

1 çay qaşığı kirşan

Hazırlanması:

Heyva tumlarının üzərinə bir az su töküb qaynadın. Suyu 1 gün saxladıqdan sonra üzərinə kirşan töküb üzünüzə çəkin.