Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi

Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi
6526 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Səmra Rəhimli açıq-saçıq fotoları ilə səs-küy yaradan klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Пиджак” adlanan mahnının ekran işi “Youtube” kanalında yayımlanıb. Bəstənin sözləri Pavel Le Metc, musiqisi Sudakov Vladislav Borisoviçə məxsusdur.

Səmra bildirib ki, mahnını ona xalq artisti Emin Ağalarov hədiyyə edib:

“Bir dəfə qeyri-adi hədiyyə aldım. Bu, “Пиджак” mahnısı idi. İndi ona yeni həyat verdim. Emin, bu mahnıya görə sizə təşəkkür edirəm”.

Ekran işi Ukraynada lentə alınıb. Klip açıq-saçıq səhnələrlə doludur. S.Rəhimli bundan əvvəl açıqlamasında bildirmişdi ki, Azərbaycan şou-biznesində hələ belə klip olmayıb.