"Məni oğlumla görəndə dostları deyir ki, o, sənin bacındır?" - Əməkdar artist

"Məni oğlumla görəndə dostları deyir ki, o, sənin bacındır?" - Əməkdar artist
6048 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Hüsniyyə xanım, son zamanlar sosial şəbəkələrdə şeir deyərkən paylaşdığınız videoları görürəm. Şeir deyərkən ağlınızdan nə keçir?

- Hər şeirdə özümü bir başqa cür hiss edirəm, çünki şeir də bir obrazdır, bir yaşantıdır. Onu, həqiqətən, ürəkdən yaşayanda o səsə də, simaya da yansıyır və tamaşaçılar tərəfindən sevilir.

- Şeir deyərkən özünüzü necə hiss edirsiniz?

- Əlbəttə ki, çox yaxşı hiss edirəm. Şeirlə yaşayıb, onu ruhuma hopdururam.

- Həyatda insanlara qarşı ehtiyatınız varmı?

- İnsanlara çox inanıram, amma ehtiyatımı da əldən vermirəm.

- Olmaya güvəndiyiniz insanlar sizi yanıldıblar?

- Xeyr, Allah həmişə mənim qarşıma yaxşı insanlar çıxarıb.

- Bəs siz özünüz xaraktercə necə insansınız?

- Çox səbirsiz insanam, bu səbirsizlik məni gərginliyə, əsəbiliyə gətirib çıxarır. Mən səbrli olsam, daha çox şeylərə nail olaram, daha yaxşı olar hər şey.

- Bəlkə zaman sürətlə gedir, siz çatmırsız?

- Bəli, elə ona görə. Həmişə nələrsə etməyə tələsirəm, qorxuram ki, vaxt çatmaz.

- Olmaya həyatda nəyəsə gecikmisiz?

- Məncə, yox. Əksinə, sənət, teatr həyatıma 17-18 yaşımdan gəlmişəm. Düşünürəm ki, daha çox obrazlar oynaya bilərəm. Buna pis oluram ki, illər gedib, amma o illərdə də çalışmışam ki, özüm nələrsə edim.Yenə də düşünürəm ki, daha çox obrazlar oynaya bilərdim.

- 17 yaşında bir övladınız var. Amma etiraf edim ki, heç o yaşda olan anaya oxşamırsınız.

- Bunu mənə hamı deyir. Hətta məni oğlumla görəndə dostları deyir ki, o, sənin bacındır? Onu da sizə deyim ki, mənim yaşım o qədər də az deyil. Mənim yaşda olan rəfiqələrimin hətta nəvəsi də var.

- Özünüzü nənə kimi təsəvvür edirsiniz?

- Xeyr, özümü heç nənə kimi təsəvvür edə bilmirəm. Amma uşaqları çox sevirəm. Bəzən arzulayıram ki, oğlum evlənsin, nəvələrim olsun.

- Övladınız hansı sahəyə meyllidir?

- Övladımın konkret bir fikri yoxdur. Bəzən deyir ki, aktyor, bəzən də deyir ki, rejissor olmaq istəyirəm.

- Bu sahədə dəstəksiz mümkündür?

- İnsanın gərək şansı da olsun. Mənə heç dəstək olmayıb. Obraza dəvət ediblər, çəkilmişəm. Kiminsə tanışlığı ilə heç nəyə çəkilməmişəm, bunu mən heç arzulamamışam da.

- Hal-hazırda efirdə yayımlanan seriallar, kinoteatrda nümayiş olunan filmlər sizi qane edirmi?

- Olmağı pis deyil, qoy olsun. Tamaşaçı özü yaxşı ilə pisi ayırd edə bilir. Mən də bu günlərdə "Qaragöz" adlı bir filmə çəkildim. Mən heç vaxt çəkildiyim obrazlardan razı deyiləm. Fikirləşirəm ki, daha da yaxşı oynaya bilərdim.