Xatundan pərəstişkarına toy sürprizi

Xatundan pərəstişkarına toy sürprizi
2502 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatun Əliyeva "İkimizin" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi ekran işində rol alan gəncləri izləyiciləri arasından seçib və onlara toy hədiyyəsi edib.

Müğənni heç kimin gözləmədiyi halda cütlüyün toyuna gəlib, məclisi idarə edib və üstəlik  klipini ilk dəfə orada göstərib. Sənətçinin gözlənilməz addımı iştirakçılarını təəccübləndirib.

Xatunun eyni zamanda bu yaxınlarda fotosessiya da etdirib. O, iti Pier ilə obyektiv qarşısına keçib. Fotoların müəllifi Samir Atabəydir.