ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihəni təqdim edib.
Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində Səbinə sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan himnimizi klassik formada yenidən oxuyub.
Mahnının aranjimanı Samir Şirinova həvalə edilib. Babayeva mahnıya klip də çəkdirib.