"Ən yaraşıqlı məhkum" nişanlısından ayrıldı - Fotolar

"Ən yaraşıqlı məhkum" nişanlısından ayrıldı - Fotolar
3799 dəfə oxunub
  • A-
  • A
  • A+

Həbsxana fotosu ilə bir anda sosial şəbəkədə məşhurlaşmağa başlayan və “ən yaraşıqlı məhkum” adını alan Ceremi Mikslə qeyri-qanuni yaşadığı Xloe Qrin ayrılır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, iddialara səbəb ikilinin Dubaydakı istirahəti zamanı mübahisə etməsi və Xloenin artıq üzük taxmamasıdır.

Məlumata görə, davanın ardınca Ceremi həyat yoldaşı Melissa Miksin yanına, nişanlısı isə Los-Ancelesə gedib.

Qeyd edəkki, cütlük ilk dəfə Bodrum istirahəti zamanı yaxtada öpüşərkən görüntülənmişdi.