“Giorgio Armani” brendi yeni kolleksiyasını təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ilin dəbini əks etdirən kolleksiyada müxtəlif rənglərin vəhdəti yaradılıb.
Həm əlvan, həm də soyuq rənglərə yer verilən nümayişdə daha çox şalvarlar maraq doğurub. Belə ki, enli və ətəyi nisbətən qısa olan şalvarlar 2014-cü ildə yeni dəb yaranacağından xəbər verib.