Bakıda qeyri-adi moda nümayişi keçirildi - fotolar

Bakıda qeyri-adi moda nümayişi keçirildi -  fotolar
3240 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün modasevərlər maraqlı şounun şahidi olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycanda bütün dünyada trend halını almış "texno" üslubda moda nümayişi keçirilib.

"Buta Palace"ın səhnəsində texno musiqinin sədaları altında texnologiyanın ən son elementlərini özündə cəmləşdirən libaslar sərgilənib.

Libasları nümayiş etdirən modellər arasında Səbinə Allahverdiyeva, Aytac Ağacanova, Maya Cəfərova, Məryəm Hüseynova və Solmaz Allahverdiyeva yer alıb.

Qeyd edək ki, "Texnomoda" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi, "Iteca Caspian"nın təşkilatçılığı və  "HP" şirkətinin sponsorluğu ilə Bakıda keçirilən "Bakutel-2013" Azərbaycan beynəlxalq informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində reallaşıb.

Sərginin qala gecəsində qonaqlar milli rəqslər, saksafon ifaçısı Akif Süleymanbəyli, Humay Süleymanbəylinin ifalarını da izləyiblər.

Aparıcılığını Cavid Gülün etdiyi gecədə xarici ölkələrdən və Azərbaycandan nüfuzlu şəxslər iştirak edib.