Geyimə uyğun uzunboğaz çəkməni necə seçməli?

Geyimə uyğun uzunboğaz çəkməni necə seçməli?
3746 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış mövsümünün ən məşhur ayaqqabıları uzunboğaz çəkmələr hesab olunur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, belə çəkmələr qadına zəriflik və cazibədarlıq qatır.
 
Amma ayaqqabı seçimi zamanı ən mühüm məsələ ölçünü düzgün təyin etməkdir. Ölçü kiçik olarsa, bu narahatlıq doğurar. Bundan əlavə uzunboğaz çəkmələr çox dar və ya boş olmamalıdır. Daha düzgün qərar vermək üçün əvvəlcə bir az gəzin və oturun, daha sonra dəqiq qərarınızı verin.

Çəkmənin boğazı ayağa yapışmalıdır, amma çox dar da olmamalıdır. Qadınların əksəriyyəti uzunboğaz çəkmələri ətək və ya libasla geyinməyə üstünlük verirlər. Bu zaman əsas şərt çəkmənin burnunun dairəvi olmasıdır.

Ucu şiş çəkmələrdən çəkinmək lazımdır. Amma daha bir mühüm məqam ətəyin çox qısa olmamasıdır. Çünki bu zaman vulqar görünüşə sahib olarsınız.

Əgər ətək və çəkmə arasında corabınız görünürsə, bunun mütləq tünd olmasına fikir verməlisiniz.

Donun uzunluğuna gəlincə, o bir az uzun ola və çəkməni örtə bilər. Çəkmə və ətək arasındakı məsafə 10-15 santimetrdən artıq olmamalıdır.

Əgər çəkmənizi şalvarla geyinirsinizsə, bu zaman düz olmamasına fikir verməlisiniz. Çünki belə şalvarlar yığılır və daha kök görünməyinizə şərait yaradır.

Uzun köynək geyinməyi sevirsinizsə, maksimum dar və bədənə yapışan şalvara üstünlük verə bilərsiniz. Bunun sayəsində həm daha seksual, həm də dəbli görünəcəksiniz.