Anar müğənnilərin geyiminə "5" verdi - fotolar

Anar müğənnilərin geyiminə "5" verdi -  fotolar
4260 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” verilişinin sonuncu buraxılışı efirə gedib.

Axşam.az-ın məlumatına görə, bu dəfə stilist Anar Ağakişiyev müğənnilərin geyimini müzakirə edib və onlara öz qiymətini verib.

Müğənni İlhamə Qasımova – İlhamə çox maraqlı tərz seçib. Geyimində ağ-qara harmoniya yaradıb. Yalnız qırmızı dodaq boyası əskikdir. Ayaqqabısını və saç düzümünü çox bəyəndim. Hətta bu stildə qapalı məkanda səhnəyə də çıxa bilər. İlhaməyə 5 xal verirəm.



Müğənni İradə İbrahimova – Çoxdandır görmədiyim müğənni. Libasını çox bəyəndim. Həddindən artıq superdir. Zəncirlər ona yaraşıq verir. Bu geyim İradə xanımın çəkisinə uyğundur. İradə İbrahimova da 5 alır.



Natavan Həbibi – Nədənsə bu dəfə müğənnilər qüsursuz görünür. Cinslə olan geyim, qızılı aksessuarlarla qabartması maraqlıdır. Saç düzümünü və ayaqqabılarını bəyəndim. Natavan xanımın da xalı 5-dir.



Qeyd edək ki, “Şarm” verilişi Axşam.az-ın informasiya dəstəyi ilə hər həftənin cümə axşamı saat 15:30-da ATV telekanalında yayımlanır.