Aktrisadan 4 dəb sirri

Aktrisadan 4 dəb sirri
2395 dəfə oxunub
  • A-
  • A
  • A+
Gözəl aktrisa və fotomodel Bleyk Layvli gözqamaşdıran gözəlliyə sahib olmaq üçün 4 şərtə əməl etməyi vacib sayır.

Axşam.az xəbər verir ki, aktrisanın fikincə, xanımlar bu şərtlərə əməl etsələr, hər zaman diqqət mərkəzində olacaqlar.


1. Onun fikrincə dekolte geyimlər hər zaman qadınlara xüsusi cazibə verir və hər bir xanımın qarderobunda mütləq şəkildə belə libaslara yer verilməlidir.




2. Bleyk Layvli bir çoxlarından fərqli olaraq düşünür ki, sadə yox, daha dəbdəbəli aksessuarlara üstünlük verməklə qadınlar gözəlliklərinə gözəllik qata bilərlər.


 
3. Modelin fikirincə, təbii saçlar hər zaman gözəl görünür. Amma bu zaman unutmaq olmaz ki, təbiiliklə yanaşı saçların həcmli olması da mütləqdir.



4. Rəngarəng və diqqət çəkən ayaqqabılar da Bleyk Layvlinin əvəzedilməzləri sırasındadır və o, xanımlara məhz bu cür geyinməyi tövsiyə edir.