Payızda bu cür ayaqqabılar dəbdə olacaq

Payızda bu cür ayaqqabılar dəbdə olacaq
9962 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir qadın geyimi qədər ayaqqabısına da önəm verir. Ayaqqabının dəbə və geyimə uyğun olması, eyni zamanda da rahatlığı vacibdir. Geyimlər kimi ayaqqabı dəbi də fəsillərə görə dəyişir. Bəs görəsən qarşıdan gələn payız mövsümündə nə cür ayaqqabılar dəbdə olacaq?

Axşam.az saytı yeni mövsümün dəbini təqdim edir.

Payızda daha çox hündürdaban, incə ayaqqabılar dəbdə olacaq. Platformalar öz aktuallığını itirəcək. Nazik və ya enli dabanlara üstünlük verin.

 

70-ci illərin dəbi olan “lauferi”lər yenə də gündəmdə olacaq. Əsasən ucları açıq “lauferi”lərdən istifadə edin. Çalışın, aldığınız ayaqqabının üzərində ağ-qara işləmələr olsun.



Fərqlənməyi sevən xanımlar payızın dəbi olan dabansız ayaqqabıları seçə bilərlər. Bu modellər daha çox tüklərlə, dekorativ güllərlə və qaşlı broşlarla bəzədilib.



Daha soyuq və yağışlı havalarda geyinilən “yarımboğaz çəkmələr” kişi ayaqqabılarını xatırladacaq. Onların tək fərqi hündürdaban olmalarıdır.



Qlamur imicli xanımlar rəngli, burnu uzun, dikdabanları seçsinlər. Bu cür ayaqqabılar daha çox tüklərlə bəzədilmiş olacaq.



Ayaqqabı materialına gəldikdə isə payızda dəri və ya “timsah dərisi” parçalara üstünlük veriləcək. Zamşa parçalardan ən çox ziyafət ayaqqabılarından istifadə olunacaq.