Ən dəblə geyinən kişi müğənnisi kimdir? - SORĞU

Ən dəblə geyinən kişi müğənnisi kimdir? -  SORĞU
4991 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan estradasının ən böyük problemlərindən olan geyim məsələsini bu dəfə Lent.az gündəmə gətirdi. Şou-biznes əhli arasında keçirdiyimiz sorğuda ən dəbli kişi müğənnisinin axtarışına çıxdıq. Bir çoxları ədalətli davransa da, digərləri öz adlarını xüsusi vurğulamaqdan belə çəkinmədilər. Ancaq paxıllıq edib heç kimin adını çəkməyənlər də tapıldı...

Əməkdar artist Abbas Bağırov: “Mən bu sənətə yenicə gəlsəydim, yəqin mənim də adımı çəkərdilər. Amma indi deməzlər. İndi rəqabət çoxdur. Mən bir çox zövqlü müğənnilərin adını çəkə bilərəm. Amma çəkməyəcəyəm”.

Müğənni Zamiq Hüseynov: “Səhnədə olan kişi müğənnilərin zövqü tək musiqi ilə müəyyən olunmalı deyil. Geyimi ilə zövqlü ifaçı siyahısına düşənlər olsa da çox deyillər. Səliqəli və gözəl geyinən ifaçılar sırasında Namiq Qaraçuxurlunun adını çəkə bilərəm. Namiq əslində xoşbəxt insandır. Allah ona uca boy verib. Nə geyinirsə, ona yaraşır. Elçin Cəfərov da zövqlüdür. ”.

Nadir Qafarzadə: “Əgər bir neçə il öncəyə dönsək, mərhum Məmmədbağır Bağırzadənin adını çəkərdim. Sənətkar Akif İslamzadə, xalq artisti Yalçın Rzazadə. əməkdar incəsənət xadimi Arif Qazıyev də səliqəli geyinir. Xalq artisti Faiq Ağayev zövqlüdür. Zamiq Hüseynov və İzzət Bağırovu da vurğulamaq yerinə düşər. Ədalət Şükürov və Elnur Məmmədov da yaxşı görünən kişi ifaçılarındandırlar. Amma ciddi obrazdan çıxmırlar. Kostyum, qalstuk və yalnız klassik obrazla kifayətlənmək olmaz. Oxuduğun mahnı ilə geyimin uzlaşmalıdır. Mən də yaxşı geyinirəm. Birinci olmasam da ən azı beşlikdəyəm”.

İzzət Bağırov: “Zamiq çox zövqlüdür. Onda eyib yoxdur. Bu siyahıda Namiq Qaraçuxurlunun da adı var. Nadir Qafarzadə də yaxşı geyinir. Zövq çox önəmli məsələdir. Zövq olmayandan sonra nə qədər istəyirsən brend geyin, heç bir önəmi olmayacaq”.

Manaf Ağayev: “Mənim üçün ən zövqlü kişi müğənnisi Nadir Qafarzadədir”.

Rəşad İlyasov: “Özümdən başqa bir neçə zövqlü kişi müğənnisinin adını çəkə bilərəm. Bəzən Ədalət Şükürovun kostyumları xoşuma gəlir. Onun klassik obrazını bəyənirəm. Faiq Ağayevin geyim tərzi yaxşıdır. Paltarındakı rəng çalarları xoşuma gəlir. Geyim insanın ruhuna uyğun olmalıdır”.

Elnur Məmmədov: “Özüməm”.

Ayaz Qasımov: “Heç kimin adını çəkməyəcəyəm. Amma heç özüm də pis deyiləm. Düzdür, bir az çəkim artıqdır. Ancaq yaraşanı geyinməyə çalışıram”.

Elariz Məmmədoğlu: “Zövqlü kişi müğənnisi elə Elariz Məmmədoğludur”.

Namiq Qaraçuxurlu: “Hər kəsin özünə görə imici var. Məsələn, mən deyə bilmərəm ki, Rəhim Rəhimlinin imici mənə yaraşar. Hər kəs özünə görə gözəl görünür. Səhnənin ən zövqlü kişi müğənnisi isə Zamiq Hüseynovdur. O hər zaman yaxşı geyinir və özünə baxır. Bu sıradan ifaçılarımız çox azdır”.

Sorğuya bəzi qadın müğənniləri də biganə qalmadı:

Əməkdar artist Lalə Məmmədova: “Əslində son vaxtlar kişi ifaçılarımız özlərinə daha çox baxırlar. Zövqlü kişi müğənnisi deyəndə mənim ağlımda ciddi bir görünüş gəlir. Bu görünüşü gözümdə canlandıran isə xalq artisti Samir Cəfərovdur. Zamiq Hüseynovu çox bəyənirəm. Ən zövqsüz isə dövlət tədbirlərində səhnəyə idman ayaqqabısı ilə çıxanlardır. Bundan o tərəfə zövqsüzlük yoxdur. Bu müasirlik deyil, bu hər kəsə hörmətsizlikdir. Tutaq ki, vətən haqda mahnını idman üslublu ayaqqabıda oxumaq elə zövqsüzlükdən xəbər verir.

Natəvan Həbibi: “Ən dəbli kişi müğənni Elnur Məmmədovdur”.

Zarina Məmmədova: “Faiq Ağayev və Zamiq Hüseynov”

Ayan Babakişiyeva: “ Faiq Ağayev çox zövqlü geyinir. Onun stilini bəyənirəm”.

Vokal ifaçısı Lətifə Soyuöz: “Fikrimcə, Zamiq Hüseynov və Rəhim Rəhimli”.

Afaq Aslan: “Fikrimcə, ən dəbli kişi müğənnisi Nadir Qafarzadədir.

 
Ən önəmli fikirləri isə  təbii ki yerli şou-biznesin məşhur stilistləri səsləndirməli idilər:

Elnur Həsənov: “Mənim fikrimcə ən dəbli kişi müğənnisi elə bir çoxlarının adını çəkdiyi Zamiq Hüseynovdur. Bu əslində mənim şəxsi fikrim deyil. Bu, reallıqdır”.

Samir Əliyev (Samiraldo): “Demişəm deyirəm və deyəcəyəm-səhnənin ən yaraşıqlı və dəbli müğənnisi Zamiq  Hüseynovdur. Onun həm geyimi həm də xarici görünüşü səhnəyə çox uyğundur. Çox yaraşıqlı görünür.  Ancaq digər yaxşı geyinən müğənnilər sırasında xalq artisti Faiq Ağayev və sonuncu “Eurovision” təmsilçimiz Fərid Məmmədovun adını çəkmək olar.

Teleaparıcı Afaq Gəncəli: “Səhnənin ən dəbli kişi müğənnisi Zamiq Hüseynovdur”.