2013-cü ilin dəbdə olacaq çanta modelləri

2013-cü ilin dəbdə olacaq çanta modelləri
10028 dəfə oxunub
  • A-
  • A
  • A+
Çantalar xanımların əvəzolunmaz aksesuarlarından biridi Dizaynerlər bu il də xanımlar üçün dəbdə olacaq çantalarını təqdim edib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə də qışın sonu, yazın başlanğıcında böyük çantalar dəbdə olacaq. Dizaynerlər uzun ömürlü olan dəri çantaları daha çox tövsiyə edir. Xanımlara ehtiyacı olan hər bir aksesuarı daşımaqda yardımçı olan çantaların əsas rəngləri isə tutqun sarı olacaq. Bundan başqa qara, göy və boz rəngli çantalar da dəbdə olacaq. Al-əlvan rəngləri sevən xanımlar üçün qırmızı, yaşıl, sarı, mavi rəngli çantalar təqdim edilir. Hər kəsdən fərqlənmək istəyən xanımlar bu cür rənglərə üstünlk verə bilərlər. Bu ilin dəbində iri çantalarda zəncirlərdən də geniş istifadə ediləcək. Bu cür zəncirlər daha çox çantaların tutacaq hissəsində istifadə edilir. Cari ildə böyük və tüklü çantalar da dəbdə olacaq. 2013-cü ildə bu cür iri çantalar hər zövqdə olan xanımların ürəyincə olacaq.