2013-cü ilin uzun ətək modelləri

2013-cü ilin uzun ətək modelləri
5732 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur dizaynerlər bu il də xanımlara bir-birindən gözəl uzun ətəklər təqdim edir

Bu il ötən illərlə müqayisədə balıq formasını verən ətəklər dəbdə olmayacaq.

Öncəki illərdə olduğu kimi dar ətəklər yenə də xanımlar tərəfindən sevilərək geyiləcək. Bu cür ətəkləri sevməyən xanımlar isə qat-qat olan geniş ətəklərə üstünlük verə bilərlər.

2013-cü ilin uzun ətəklərində rəngarəng naxış və güllərdən istifadə olunmayacaq. Bu il daha çox solğun gül və naxışlara üstünlük veriləcək. Bu cür bəzəkli ətəklərlə yaz aylarında ətrafınızdakılara bahar əhval-ruhiyyəsi bəxş edə bilərsiniz.

Dizaynerlər də bu ilin uzun ətəklərində solğun sarı və qara rənglərin daha çox dəbdə olacağını söyləyir.

Bu cür ətəkləri üstü açıq ayaqqabılarla geyinməyiniz tövsiyə edilir.