Üzü incə göstərən saç modelləri

Üzü incə göstərən saç modelləri
7179 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bir xanım saç düzümündə dəyişiklik edərkən üzü incə göstərəcək kəsim arzulayır.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, üzü yumru, yanaqları qabarıq olan xanımlar fərqli görsənə biləcəkləri saç düzümünə üstünlük verirlər.

İlk növbədə saçı necə ayıracağınıza qərar verin. Ortadan ayırma sizin üçün deyil. Bu cür düzüm üzü daha yumru göstərir. Yandan ayrılmış saçlar simanızın daha arıq görünməsinə imkan yaradacaq.

Qalın və dümdüz kəkil də sizin üçün yanlış seçim olacaq. Bunun yerinə nazik, yandan ayrılmış kəkil seçin.

Saçınızın "rivanka" kəsimi çənədən başlamamalıdır. Bu da sifətinizi dolu və yumru göstərəcək.

Düz saçdan uzaq olun. Əgər saçınız çox düz qalırsa, onları fen vasitəsiylə bir az havalı, dalğalı etməyə çalışın. 

Saçlarınızı qat-qat kəsdirməkdən qorxmayın. Bu formada düzüm incə sifətə sahib olmaq istəyən hər bir xanım üçün düzgün seçim olar. 

Rəngləmə də saçlar üçün önəmlidir. Saçınızın ortasına "kölgələr" etdirməkdən çəkinməyin. Bu sifətinizin uzunsov görünməsinə kömək edəcək vasitələrdən biridir. Çünki qarışıq rənglər yumru sifəti və qabarıq yanağı fərqli göstərir.