2013-cü ilin dikdaban ayaqqabı modelləri

2013-cü ilin dikdaban ayaqqabı modelləri
7199 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il olduğu kimi bu il də dikdabanlar dəbdə olacaq

Xanımlar bu il də dik dabanlarla ecazkar və cazibədar görünüşə sahib ola biləcəklər.

Hər  bir qadının qarderobunda dik daban ayaqqabı olmalıdır. Bu cür ayaqqabılar boyu daha hündür göstərməklə yanaşı qiyafətimizə və ümumi görkəmimizə fərqli rəng qatır.

Bu ilin dik dabanlarında mismar və daşdan hazırlanan aksesuarlardan istifadə ediləcək. Ötən ilin sonlarından etibarən satışa çıxarılan bu cür aksesuarlarla bəzədilən ayaqqabıların xanımlar tərəfindən böyük rəğbətlə qəbul edildiyini söyləmək olar. Bu cür aksesuarlar sizin görünüşünüzə xüsusi rəng qataraq fərqlilik nümayiş etdirəcək.

2013-cü ilin ayaqqabı modelləri arasında xanımların daha çox rahatlığına görə üstünlük verdiyi platformalı qalın dikdaban ayaqqabılar da yer alıb.

Bu il dikdaban ayaqqabıların əsas rəngləri isə qara, qəhvəyi və tünd qırmızı olacaq. Bundan başqa dəri və süni dəridən hazırlanan, müxtəlif aksesuarlarla bəzədilən ayaqqabıların da dəbdə olacağı söylənilir.

Nigar MƏHƏRRƏM