Məşhur aparıcının ayağı sındı

Məşhur aparıcının ayağı sındı
2023 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın tanınmış televiziya aparıcısı Leonid Yakuboviçin ayağı sınıb.

Axsam.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, baş vermiş hadisəyə görə “Pole çudes” proqramının aparıcısı Sevastopola hərbi aksiyada iştiraka getməyib.

Şoumen Sevastopolda Krım müharibəsi zamanı şəhərin müdafiəsinin 160-illiyinin bayram tədbirində aparıcılıq etməli idi.

“Mən daha çox bu aksiyada iştirak etmək istəyirdim, çünki Sevastopolu çox sevirəm. Bu yaxınlarda orada idim. Amma təəssüf ki, mən ayağımı sındırdım, gipsdə ora gedə bilmədim” - deyə 69 yaşlı televiziya aparıcısı bildirib.