“Dünən dərsdə vəziyyətim birdən-birə pisləşdi”.
Axsam.az-ın xəbərinə görə, bunu aznews.az-a xalq artisti Yalçın Rzazadə deyib. Dərsdə halı pisləşdiyindən evə gətirildiyini deyən sənətkar hazırda güclə nəfəs aldığını bildirib:
“Özümü pis hiss edirəm. İndicə həkimdən gəlirəm. Müalicə yazıb. Amma heç bir mənası yoxdur. O dərmanlar mənə kömək etmir”.
“Bəlkə müalicə üçün Türkiyəyə gedəsiniz” sualına xalq artisti belə cavab verib: “Türkiyə müalicəsi çox yaxşı effekt verir, amma Türkiyəyə getmək üçün hazırlıqlı olmalısan. Mənim də hazırda helə bir hazırlığım yoxdur. Odur ki, teleyimlə barışmalıyam”.