Rasim Balayevin səhhətində ciddi problemlər yaranıb

Rasim Balayevin səhhətində ciddi problemlər yaranıb
2905 dəfə oxunub
  • A-
  • A
  • A+

"Səhhətimdə ciddi problemlər yaranıb. Bu da məni narahat edir".

Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev sherg.az saytına açıqlamasında deyib.

"Hazırda həkimə gedirəm. Böyük mənada müalicəyə imkanım olmasa da, məni müalicə edən həkimin ofisinə gedirəm. Nə deyim ki? Ağrıyıram, şəkər mənim digər orqanlarıma da təsir etməyə başlayıb. İndi mən bu barədə nə danışım ki? Deyim ki, siz Allah, mənə kömək edin? Axı bu mənə yaraşmaz. Mənim kimi aktyorun indi problemini dilə gətirib nə isə deməsi sədəqə ummağa bənzəyər. Ona görə də heç nə danışmaq istəmirəm. Ölərəm, ondan sonra məndən yazıb, danışarlar. Deyərlər ki, hə, belə sənətkar idi” - deyə R.Balayev bildirib.