Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir

Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir
2686 dəfə oxunub
  • A-
  • A
  • A+

Bayramı toy adı ilə “Nilufər” şadlıq sarayının qarşısına çağırıblar.

“İş artıq yekunlaşıb. Yəqin ki, bu yaxınlarda məhkəməyə veriləcək. Amma Bayram ona qarşı sürülən ittihamla razılaşmır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri Lent.az-a açıqlamasında meyxanaçı Bayram Kürdəxanlının anası Səkinə Quliyeva deyib.
 
S.Quliyeva sentyabrın 11-də Bayram Kürdəxanlı haqda seçilmiş həbs qəti-imkan tədbirinin 1 ay müddətinə uzadıldığını da əlavə edib:
 
“Bayramı iyulun 12-də toy adı ilə “Nilufər” şadlıq sarayının qarşısına çağırıblar. Orda da polislər qəfildən qollarını burub idarəyə aparıb. Yenə deyirəm, Bayram ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Sentyabrın 11-də keçirilmiş məhkəmədə də günahsız olduğunu dedi”.
 
Qeyd edək ki, iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Bayram Kürdəxanlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Tanınmış meyxanaçı ilkin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, lakin onun alqı-satqısı ilə məşğul olmadığını deyib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.