Monako şahzadəsinin əkiz övladları olacaq

Monako şahzadəsinin əkiz övladları olacaq
1286 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi knyaz Alber və knyaqinya Şarlenin əkiz övladları dünyaya gələcək.

Axşam.az xarici mətbuata istinadən məlumat verir ki, “HELLO!” jurnalına müsahibəsində keçmiş idmançı özünü tamamilə xoşbəxt hiss etdiyini bildirib. Şarlenin bu ilin sonu ana olacağı gözlənilir.

Monakonun monarx ailəsində vəliəhdin dünyaya gəlməsi xəbəri may ayında məlum olub. Həmin vaxtdan knyaqinya Şarlen öz xidməti öhdəliklərindən azad edilib və çox nadir hallarda ictimaiyyət qarşısında görünür.

Əvvəllər peşəkar üzgüçü olmuş 36 yaşlı Şarlen Uittstok Monako knyazı 56 yaşlı II Albertlə 2011-ci ilin iyulunda ailə qurub.