Facebookda anonim danışmaq mümkün olacaq- yenilik

Facebookda anonim danışmaq mümkün olacaq- yenilik
1217 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada ən böyük sosial şəbəkənin məxsus olduğu Facebook Inc. şirkəti istifadəçilərinə anonim ünsiyyət qurmağa imkan verəcək mobil əlavə hazırlayacaq.

Axşam.az "buro247.az" saytına istinadən məlumat verir ki, bu zaman istifadəçilər həqiqi adın yerinə təxəllüsdən istifadə edə biləcəklər.

Proqram ən yaxın həftələrdə buraxılacaq. Əlavənin hazırlanması ilə Branch xidmətinin banisi Coş Miller məşğul olur.

O, həmin xidməti aldıqdan sonra Facebook-a keçib. Hələlik yeni əlavənin sosial şəbəkəyə inteqrasiya olunacağı, onunla fotoşəkilləri mübadilə etmək və ya dostların siyahısını tərtib etməyin mümkün olub-olmayacağı məlum deyil.