Azərbaycanlı iş adamı çəkdiyi filmin təqdimatını keçirəcək

Azərbaycanlı iş adamı çəkdiyi filmin təqdimatını keçirəcək
2109 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı iş adamı, neft oliqarxı Nizami Piriyevin oğlu Nəsib Piriyev Heydər Əliyev Mərkəzində təqdimat keçirəcək.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Piriyevin prodüseri olduğu və 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmindən olan "Sonuncu" ("The Last one") filminin premyera nümayişi oktyabrın 24-nə planlaşdırılır. Təqdimatda dünyaca məşhur simaların iştirakı da istisna edilmir.

Qeyd edək ki, Piriyevlərin sentyabrda Londonda baş tutan sonuncu tədbirində model Natalya Vodyanova, şahzadə Tamara Kzartoriski-Burbon da daxil olmaqla, 400 beynəlxalq qonaq iştirak etmişdi.

Xatırladaq ki, Piriyevlər həm Azərbaycanda, həm də Rusiyada ən zəngin insanların siyahısındadırlar. Onların təsis etdiyi "PNN Group"a Neft və Qaz, Ərzaq və Satış, Lyuks və ya Lifestyle, Maliyyə və Kansaltinq, İncəsənət və Mətbuat sektorları daxildir. Piriyevlər həm də dünyanın ən böyük almaz istehsalçısı olan “De Beers”in Azərbaycandakı butikinin sahibidirlər.