Aqil M.Quliyev: “Toylarda şeir deyib, pul qazanacam...”

Aqil M.Quliyev: “Toylarda şeir deyib, pul qazanacam...”
2219 dəfə oxunub
  • A-
  • A
  • A+

“Həyatımı yenidən yaşamaq imkanım olsaydı, başqa Aqil olardım. Tam fərqli həyat yaşayardım”.

Axşam.az xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində rejissor Aqil M.Quliyev deyib.

Həbs olunmağından danışan rejissor məhbəsdə hamını tanıdığını bildirib:

“Bəlkə də bu mənim üçün yaxşı bir sınaq idi. Bu həyatda çoxuna yaxşılıq etmişəm. Özü də ən çox yaxşılığı şou aləmində olanlara etmişəm. İndi onların adlarını da çəkməyəcəm. Mənim həyat dəftərim var. Kimlərə nəsə yaxşılıq etmişəmsə, adlarını o dəftərdə qeyd etmişəm. Bir kimsə mənə sənətə gələndə dəstək olubsa, mən bunu gizlətmərəm. Müğənnilər var ki, yaxşı dostlarımla tanış etmişəm, işlərin həyata keçiriblər. Mənə “çox sağ ol” da deməyiblər. Nə etmək olar? Həyat belədir. İndi də böyük sənətkardırlar”

Aqil M.Quliyev deyib ki, həbsinə sevinənlər çox olub:

“Amma indi həmin insanların başı mənim yanımda aşağıdır. Sevinsinlər. Realist insanam. Mən 3 ildir şou-biznesdə yoxam. Klip çəkmirəm. Röya Türkiyədə, Aygün də orda burda klip çəkir. Bu meydan, bu şeytan. Sökün dağıdın. İndi elə bir iş görsünlər ki, Aqilin, Ülviyyə Könülün, Fuad Əlişovun və digərlərinin üstündən xətt çəksinlər”

Toy biznesində pul qazanmağın asan olması haqda danışan rejissor bildirib ki, bundan sonra toylarda şeir demək haqda düşünür:

“Niyə də yox? Çox güman ki, bu istəyimi həyata keçirəcəm. Toyda pul var. Əziyyətlə klip çəkirəm. Hətta 2 aya bir reklam işləyirsən, onu da müştəri kaprizlər edir. Bu qədər işin müqabilində 2-3 min pul qazanıram. Niyə əziyyət çəkirəm? Elə toyda 20 dəqiqəlik şeir desəm, yaxşı pul qazanacam.  Hətta düşünmüşəm ki, muğam üzərində yeni şeirlər ifa edim və albom çıxarım”.

Şəxsi həyatı barədə suala cavab verərkən rejissor vaxtilə tanınmış qadınlarla sevgili olduğunu etiraf edib:

“Amma bu mənə heç zaman ləzzət etməyib. Çünki bir qazanda iki baş qaynaya bilməz. Yəni mən ulduz, o ulduz, alınmır. Sevgili olanda da arada “kim birincidir?” sualı bir gün büruzə verir. Yeni bu münasibət çox çəkmir. Ya o səni, ya sən onu sındırırsan. Mən hansı tanınmış xanımla sevgili olduğumu mətbuatdan gizlətmişəm. Açığını deyim, mən özümə söz vermişəm ki, yenidən sevməyim və qısqanmayım. Amma heç kim öz qəlbinə zəmanət verə bilməz. Bu həyatdır. 10 ildir ki, sevgini özümə qadağan eləmişəm. Sadəcə, sevgi mənim üçün vaxt itirməkdir. Əsas mənə lazım olan peşəmdir”.