Stilistdən Aygün, Röya və Rəqsanənin geyiminə münasibət – video

Stilistdən Aygün, Röya və Rəqsanənin geyiminə münasibət – video
8228 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Şarm” verilişinin növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə üç məşhur ifaçının geyim tərzinə qiymət verilib. Stilist Nəsir tanınmışların geyimləri ilə bağlı bunları deyib:

Xalq artisti Aygün Kazımova - Paltarı açıq olsa da, səhnəyə uyğundur. Saçına söz ola bilməz. Əsl yay rəngidir. Günəş vannası qəbul edib, çox yaraşır. Tək qüsur - üzü parıltılıdır. Makiyajı çoxdur. Amma səhnəyə olar. Əsl Azərbaycana uyğun makiyajdır. Xalq artistinin bu görünüşünə 5 verirəm.



Müğənni Röya - Son zamanlar çox dəblidir. Saçı da, geyimi də bir-birini tamamlayır. Libasını bəyəndim. Əsl yay üslubudur: uzun ətəklər xanımlara gözəl yaraşır. Saçı da yaxşıdır. Makiyajı çoxdur. Ayaqqabısı paltar rənginə uyğundur. Aksesuarını çox bəyəndim, indi iri boyunbağılar dəbdədir. Bu stilə görə Röyaya 5 verirəm.



Rəqsanə - Sonuncu klipinin bir parçasını izlədim. Mahnını bəyənməsəm də, ekran işi xoşuma gəldi. Geyiminə gəldikdə…. Son zamanlar çalışır dəbli geyinsin. Şlyapa, ətək, köynək çox bəyəndim. Bu libasına görə ona 4 verirəm.



Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elçin Elxanlı, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin şənbə günü, saat 11:00-da efirə çıxır.