Parisdə keçirilən Yüksək moda həftəsində Con Qalyanonu "Schiaparelli" moda evinin kreativ dizayneri postunda əvəzləyən Marko Zanini qonaqlara rəngarəng şou bəxş edib.
Axşam.az-ın buro247.az-a istinadən məlumatına görə, o, italyan brendi üçün yaratdığı kolleksiyada Kristian Lakrua dəst-xəttindən də yararlanıb. Retro-nümayişdə siluet geyimlər, mavi zolaqlar, xəz və şlyapalar, leopard printli batilyonlar isə xüsusi diqqətə layiq görülüb.
Tədbirin məşhur qonaqları və dəb tənqidçiləri kolleksiyanı "50-60-cı illər stilində feminizm" adlandırıblar.