Azərbaycanlı oliqarxın qızından dəb məsləhətləri - fotolar

Azərbaycanlı oliqarxın qızından dəb məsləhətləri - fotolar
9876 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın neft oliqarxı, AzMeCo şirkətinin sahibi Nəsib Piriyevin qızı Fərəh Piriyeva Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın “Up Close & Stylish” layihəsinin qonağı olub.
 
Buro247.az saytında dərc olunan yazıda incəsənət mütəxəssisi olan F.Piriyevanın təqdimatında brend geyimlər nümayiş olunub. Axşam.az həmin yazını təqdim edir:


“Buro 24/7 Up Close & Stylish layihəsini davam etdirir. Bu dəfə onun qəhrəmanı www.walking-in-art-rhythm.com art-bloqunun təsisçisi, incəsənət mütəxəsisi Fərəh Piriyevadır. London və Bakıda yaşayan, daim müxtəlif kübar tədbirlərdə iştirak edən Fərəh dress-koda necə doğru əməl etməyi və qeyri-adi görünməyi dəqiq bilir. Layihə üçün Fərəh ziyafət və kokteyl geyimləri nümayiş etdirib.

Onun birinci obrazı qol və sinə dekoltesinin zərif qipürla bəzədildiyi qara rəngli uzun kokteyl geyimidir. Bu eleqant geyim fransalı Catherine Malandrino-nun əsəridir. Mürəkkəb krujeva parçaları ilə məşhur olan brendin geyimləri qadın bədənini çox gözəl şəkildə vurğulanır. Obraza əlavə olaraq, Fərəh pudra rəngli laklı dərindən Casadei klassik ayaqqabılarını seçib. Maska ilə bəzədilən və lazım olan an üzünüzü gizlətməyə kömək edən Les Petits Jouers klatçı obraza şuxluq bəxş edir.

İkinci obraz dizayner Elena Ghisellini-dən nanə rəngli dəbdəbəli geyimdir. Ziyafət üçün belə geyim seçməklə, siz özünüzü balın kraliçası kimi hiss edəcəksiniz. Geyim təbii və yarıqiymətli daşlarla bəzədilib. Ancaq unutmaq lazım deyil ki, belə geyim seçərkən, siz makiyaj və saç düzümü məsələsində sadəliyə üstünlük verməlisiniz. Fərəh bu obrazda rusiyalı zinət əşyaları dizayneri Yana Raskolovadan ağ qızıldan brilyant fırçalı klatç istifadə edib.
 

Qeyd edək ki, Fərəh Piriyevanın atası Nəsib Piriyev AzMeCo şirkətinin prezidentidir. Onun Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radio kanalı, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi, eləcə də Qaradağda nəhəng metanol zavodu var.
Hələ 2010-cu ildə Piriyevin adı Britaniyanın keçmiş baş naziri Toni Bleyeri bir neçə yüz min funta Bakıya gətirən adam kimi gündəmə düşmüşdü.