2013-ün dəbdə olacaq ayaqqabıları

2013-ün dəbdə olacaq ayaqqabıları
6652 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir qadın gözəl və cazibədar yeriyişi ilə əks cinsin nümayəndələrinin diqqət mərkəzində olmağı düşünür.

Bunun üçün ayaqqabı seçiminizi də düzgün etməlisiniz. Seçdiyiniz ayaqqabının rahatlığı çox önəmlidir. Modelyerlər 2013-cü ilin qış mövsümü üçün müxtəlif növ ayaqqabılar təqdim edib. İlan ilində daha eleqant ayaqqabılar üstünlük təşkil edəcək. Soyuq havada isinmək üçün botiklərə daha çox ehtiyac duyulur. Bu cür botikləri uzunboğaz corablarla geyinmək olar. Növbəti ilin dəbində platforma və tangetka tipli ayaqqabılar da dəbdə olacaq.

2013-cü ilin qış aylarında istənilən uzunluqda olan dabanlı ayaqqabılar geyinmək olar. Gecə ziyafətlərində müxtəlif naxışlı, torlu ayaqqabılar geyinmək məsləhətdir. Gündəlik geyim üçün dəridən yaxud da zamşa ayaqqabılardan istifadə etmək mümkündür. Ən çox geyinilənlər də bunlardır. Uzunboğaz çəkmələri şaxtalı havada geyinmək tövsiyə edilir. Bu cür çəkmələrin mövsümün əsas trendləri olduğu bildirilir.

Mütəxxəssislər 2013-ün qış aylarında da rəngbərəng geyimlərin üstünlük təşkil edəcəyini deyib.

Firəngiz AĞALAR