Modelyer məsləhəti: Yeni mövsümdə nələr dəbdə olacaq?

Modelyer məsləhəti: Yeni mövsümdə nələr dəbdə olacaq?
2717 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanımları hər zaman yeni mövsümdə nələrin dəbdə olacağı maraqlandırır.
 
Modelyer Günlarə Xəlilova Axşam.az-a qarşıdan gələn mövsümdə hansı rənglərin, geyim tərzinin aktual olacağından danışıb:

“Göy, yaşıl, al qırmızı, çəhrayı rənglər aktual olacaq. Ümumiyyətlə, təbiətdə olan al-əlvan rənglərə üstünlük veriləcək. Geyimlərdə kəsimlər, həcmli, uçuşan modellər dəbdə olacaq. Şəffaf parçalardan hazırlanan geyimlər də həmçinin. Onların üzərində etnik ornamentlərin, əl işləmələrinin, yüngül parıltının olması daha gözəldir. Ayaqqabılarda rəngarəngliyə üstünlük veriləcək. Dabanların  o qədər də alçaq olmamağı məsləhətdir. Bu mövsumün tərzi müxtəlifliyi ilə fərqlənir, həcmli geyimlər də aktualdır. Mən isə xanımlara məsləhət görərdim ki, bədənə tam oturan, incə libaslardan istifadə etsinlər. Ətəklərə gəldikdə isə burda mini və ya midi dominantlığı yoxdur. Ətəyin uzunluğu seçilən paltarın tərzindən və onu geyinən adama yaraşıb-yaraşmadığından asılıdır. Parça seçiminə gəldikdə isə şefon, ipək, təbii materiallardan istifadə ediləcək”.