Azərbaycanlı jurnalist Türkiyədə dünyasını dəyişdi - Foto

Azərbaycanlı jurnalist Türkiyədə dünyasını dəyişdi - Foto
4099 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

Axşam.az xəbər verir ki, 44 yaşlı jurnalist Türkiyədə xəstəxanada dünyasını dəyişib. Aynurun qan xərçəngindən əziyyət çəkdiyi, kimyaterapiyadan sonra ağciyərlərinin iflas etdiyi bildirilir.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

1973-cü ildə anadan olan Aynur Təhməzova “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında işləyib. “Mediaforum” saytında layihə rəhbəri olub.