Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
2439 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Hakan Bahadır 74 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, “Malkoçoğlu Ölüm Fedaileri”, “Kızım Sana Emanet” və “Murat ile Nazlı” filmlərində rol alan aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirmiş.

Xəstəxanada müalicə alan Bahadır ötən gün ölüb, bu gün isə torpağa tapşırılıb. Aktyorluqla yanaşı cudo, rəssamlıqla məşğul olan Hakan ağır günlər yaşayıb.

O, həyatının son günlərini çəkdiyi rəsmləri sataraq dolanırmış.