“Qaraca qız” yenidən nümayiş olunacaq

“Qaraca qız” yenidən nümayiş olunacaq
524 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Abdulla Şaiqin xalq nağılı əsasında qələmə aldığı “Qaraca qız” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Axşam.az “AzərTac”-a istinadən xəbər verir ki, ikihissəli nağıl-tamaşa Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunacaq. Tamaşanın rəsm quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Səhnə əsərində əsas rolları sənət ocağının sevilən aktyorları Hacı İsmayılov, Münəvvər Əliyeva, Xədicə Novruzlu, Nigar Məmmədova, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Elnar Qarayev və başqaları ifa edəcək.

Tamaşa təbii fəlakət nəticəsində valideynlərini itirən və bir qaraçı ailəsinin himayəsində böyüyən balaca Tutunun həyatından bəhs edir.

Qeyd edək ki, tamaşa teatrda ilk dəfə 2013- cü il martın 16-da səhnəyə qoyulub.