“Şəngülüm, Məngülüm”ün ikinci nümayişi olacaq

“Şəngülüm, Məngülüm”ün ikinci nümayişi olacaq
450 dəfə oxunub
  • A-
  • A
  • A+

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı azyaşlı tamaşaçıları üçün “Şəngülüm, Məngülüm”ü bu ay repertuara salıb.

Axşam.az xəbər verir ki, yanvarın 26-29-da nümayiş olunacaq tamaşa teatrın repertuarında xüsusi yer alan səhnə əsəridir.

“Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru isə Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır.

Səhnə əsərinin mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.