“Qu gölü” üçün rus balet ulduzları gəlir

“Qu gölü” üçün rus balet ulduzları gəlir
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar artisti, həmyerlimiz Timur Əsgərov (Şahzadə Ziqfrid) dəvət edilib.

Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.

Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.