Məşhur bəstəkar Bakıda konsert verəcək

Məşhur bəstəkar Bakıda konsert verəcək
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hitlər” adlı konsert proqramı keçiriləcək.

Axşam.az xəbər verir ki, “IP Orchestra Azerbaijan” ifasında konsertdə AcDc, Metallica, Nirvana, Aerosmith, Green Day, Placebo, Blur, Corn, Rammstein, Queen, Led Zeppelin, Zemfira, Marlin Manson, Cranberries və s. ifaçı və qrupların bir-birindən maraqlı mahnıları səsləndiriləcək.

Gecənin xüsusi qonağı Əməkdar artist Şəhriyar İmanovdur.