“Buratino”dan xəbər var!

“Buratino”dan xəbər var!
489 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası azyaşlı tamaşaçılar üçün növbəti dəfə fevralın 1-də təqdim olunacaq.

Axşam.az xəbər verir ki, dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatı əsasında izləniləcək. Rejissor tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla tamam fərqli aspektdən yanaşıb.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayevin ifa edəcəyi maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.

Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnələşdirilən tamaşanın bədii rəhbəri, teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.